İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

Bu gün İraqın cənubuna, dövlətin əsas ixrac mərkəzi olan Bəsrədəki dəniz terminallarının birinə 2 milyon barel neft yükləmək üçün növbəti neft tankeri gəlib.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Komor adaları bayrağı altında üzən “Helga” gəmisi, İraq neftinin əsas hissəsinin nəql olunduğu Hörmüz boğazının növbəti dəfə bağlanmasından sonra Bəsrəyə gələn ikinci tanker olub

İraq aprelin 17-də Yaxın Şərqdə münaqişə başlayandan bəri ilk dəfə olaraq ölkənin cənubundan neft ixracını bərpa edib.

Hörmüz boğazı vasitəsilə neft ixracının qeyri-mümkünlüyü və neft anbarlarının kritik həddə dolması fonunda demək olar ki, bütün yataqlarda hasilatı azaldıb. ABŞ və İsrailin İranla münaqişəsi başlayana qədər ölkə sutkada 4,3 milyon barel neft hasil edirdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]