Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub.

Əvvəlcə plenar iclas zalı ilə tanış olan qonaqlara parlamentin tarixi, fəaliyyəti, burada işin təşkili və onun strukturları haqqında ümumi məlumat verilib.

Sonra qonaqlar Milli Məclisin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Ziyarətçilər Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun Milli Məclisin foyesində yaratdığı “Çiçəklən, doğma Azərbaycan” adlı divar rəsmi ilə də tanış olaraq, əsərin tarixi barədə məlumat əldə ediblər.

Sonra qonaqlar Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar, inzibati binanın 15-ci mərtəbəsindəki “Xəzər salonu”ndan Bakının mənzərəsini seyr ediblər.

Söhbət zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qonaqları Milli Məclisin deputatları Kamal Cəfərov, Pərvanə Vəliyeva, Səbinə Xasayeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]