İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib

Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilmiş İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan qurumların əməkdaşlarına medallar təqdim edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan dövlət quruculuğu və güclü idarəetmə modeli Azərbaycanın dayanıqlı inkişafının bünövrəsidir: “Ulu Öndərin milli intibah fəlsəfəsi dövlət siyasətində fundamental inkişaf prioritetlərinin formalaşdırılmasına və iqtisadiyyatımızın strateji inkişafına təkan verib. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndərin dövlətimizin tərəqqisi yolunda misilsiz xidmətlərini dərin rəğbət və böyük qürur hissi ilə vurğuladıq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]