Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı bu gün müəyyənləşəcək.

I Liqanın sonuncu – XXVII turunda “Mingəçevir” “Səbail”i qəbul edəcək.

Qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında, saat 17:00-da start götürəcək.

Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

“Səbail” hazırda 50 xalla ikinci pillədə qərarlaşıb. “Mingəçevir” 48 xalla üçüncüdür.

Xatırladaq ki, I Liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan “Qəbələ” ilə pley-off maçında üz-üzə gələcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]