İsmayıllıda güclü külək fəsadlara yol açıb

İsmayıllıda güclü külək Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də, həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb.

Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli ağaclar yolun hərəkət hissəsinə aşıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb və nəqliyyat vasitələrinin hərəkəti nizamlanıb.

Gecə saatlarında qəfil başlayan güclü yağış və külək rayonun rabitə və enerji infrastrukturuna da ciddi ziyan vurub. Bir neçə saat ərzində rayon mərkəzində və bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Təbiət hadisəsi nəticəsində bir sıra ticarət və iaşə obyektlərinə də ciddi təsir göstərib, Hazırda Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin İsmayıllı Elektrik Şəbəkəsinin, eləcədə İsmayıllı Kommunal Müəssisələri Kombinatının texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. Rayonun müxtəlif ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]