Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun “X” sosial şəbəkə hesablarlında məlumat paylaşıb.

“Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər”, – paylaşımda bildirilib və əlavə edilib ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.

Həmçinin Azərbaycan Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]