“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.

Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.

İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.

Bankdan bildirilib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.

“Xalq Bank” gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Space TV”nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.

Məhkəmə ərizəni qismən təmin edərək “Space TV”nin “Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.

Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.(Qaynarinfo)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]