Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib


Paytaxt Ankaranın Elmadağ rayonunda fırtına zamanı ildırımın vurduğu yaşlı kişi həyatını itirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Balkanlar üzərindən gələn sərin və yağışlı havanın təsiri ilə İstanbul və Ankara başda olmaqla, Türkiyənin bir çox bölgəsində güclü leysan yağışları və fırtına müşahidə olunur. Meteorologiya Baş İdarəsi 35 vilayət üçün xəbərdarlıq yayıb.

Ətraflı
Ankaranın Mamak rayonunda güclü yağış nəticəsində yol çöküb və bir avtomobil çuxura düşüb. İbtidai məktəbin divarı uçub, sel suları isə kuryerlərin motosikletlərini sürükləyib. Altındağ rayonundakı Turgut Özal bulvarında yerləşən yeraltı keçidi də su basıb.

İstanbulun Güngören rayonunda isə yeraltı keçid su altında qalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]