Corcia Meloni: İtaliyada “No TAV” hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

İtaliyanın Val-di-Suza vadisində Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisinə etiraz edən “No TAV” hərəkatının üzvləri ilə polis arasında tikinti meydançasında baş verən toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 120 əməkdaşı xəsarət alıb.

“Report”un İtaliya mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Matteo Piantedosi ilə birlikdə tikinti meydançasına gələn baş nazir Corcia Meloni bildirib.

“Ötən şənbə günü Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisi ilə əlaqədar baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının 120 əməkdaşı yaralanıb. Burada gördükləriniz müharibə səhnələri deyil, sözdə etiraz səhnələridir. Lakin bu, fikir ayrılığının ifadəsi deyil, bu, mütəşəkkil, qəsdən törədilmiş zorakılıqdır və ona məhz bu cür yanaşmaq lazımdır”, – Meloni bildirib.

O əmin edib ki, hökumət günahkarların müəyyən edilməsi üçün əlindən gələni edəcək.

Kyomonte meri Roberto Qarbati isə TAV layihəsinin gələcəyini və 98 milyon avro təzminatın ödənilməsini müzakirə etmək üçün baş nazirlə əlaqə saxlayacağını bildirib.

Sözügedən magistralın tikintisinə qarşı etirazlar demək olar ki, 30 ildir davam edir. “No TAV” hərəkatı layihənin Suzanın ətraf mühitinə zərərli təsirindən, eləcə də böyük və əsassız xərclərdən narahatlığını bildirir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]