Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) “916” Çağrı Mərkəzinə daxil olmuş müraciət əsasında Milli Preventiv Qrupun üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Müvəqqəti Yerləşdirmə Mərkəzinə plandankənar başçəkmə həyata keçirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmə zamanı barəsində müraciət edilən əcnəbi vətəndaşın saxlanılmasına dair sənədləşmə araşdırılıb, daha sonra Miqrasiya Nəzarəti Baş İdarəsində olan həmin şəxslə konfidensial görüş keçirilib. Görüş zamanı həmin şəxsin müraciəti dinlənilib, qaldırdığı məsələlər araşdırılıb, ona hüquq və vəzifələri izah olunub.

Başçəkmə çərçivəsində əcnəbi vətəndaşın müraciəti yerində təmin olunub və o, müraciətinə göstərilən operativ reaksiyaya görə təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkə ərazisində olan hər bir şəxsin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş mandatı çərçivəsində fəaliyyət göstərir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]