SEPAH Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə yeni zərbələr endirəcəyini vəd edir


ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki obyektlərinə zərbələr endiriləcək.

Bu barədə İran mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

SEPAH-ın bəyanatında həmçinin “İranın rəqiblərinə” dəstək verən region ölkələrini xəbərdar edib ki, öz siyasətlərini dəyişməsələr, Tehranın sərt cavabı ilə üzləşəcəklər.

Bundan əlavə, SEPAH-dan bildirilib ki, ötən gecə iki neft tankeri ABŞ aviasiyasının dəstəyi ilə Hörmüz boğazının cənubundakı marşrutla keçməyə cəhd edib, lakin bu cəhdin qarşısı alınıb.

Qeyd edilib ki, Hörmüz boğazı İranın Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır. Eyni zamanda bildirilib ki, regionda dəniz daşımalarına ABŞ tərəfindən təhdidlər və müdaxilələr davam etdiyi müddətcə boğaz açıla bilməz.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]