Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar var.

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsndə qeydə alınıb.

“VAZ-2107” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü, həmçinin bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]