Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

Azərbaycanlı həmkarım Ceyhun Bayramovla danışıqlar zamanı Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə etdik.

Bu barədə A.Sibiqa C.Bayramovla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanı Kiyevin sülh təşəbbüsləri barədə məlumatlandırıb və sülhün təşviq edilməsində, eləcə də regional sabitliyin təmin olunmasında Bakının mühüm rolu vurğulanıb.

Ukrayna xarici siyasət idarəsinin rəhbəri, həmçinin Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynaya göstərilən yardıma görə Azərbaycana, Prezident İlham Əliyevə və xalqına minnətdarlığını bildirib: “İrpendə mülki infrastrukturun bərpası, humanitar yardım, enerji obyektləri üçün avadanlıq və daha bir çox şey. Biz bunu həmişə xatırlayacağıq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]