Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Azərbaycan zərurət yaranacağı halda Ukraynaya təbii qaz tədarük etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdir ki, Ukrayna bazarındadır, ölkədə fəaliyyətini aktiv şəkildə davam etdirir və enerji əməkdaşlığının gələcək inkişafı üzrə böyük planlara malikdir.

“Hazırda Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığının əlavə qarşılıqlı faydalı istiqamətlərinə dair çox dinamik və fəal dialoq aparılır”, – nazir qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır, xüsusilə 12 Avropa ölkəsinə qaz tədarük edir ki, onlardan da 10-u Aİ üzvüdür. “Bu baxımdan zərurət yaranarsa, Ukraynaya da qaz tədarük etməyə hazırıq”, – o bildirib.

Azərbaycan XİN başçısı həmçinin qeyd edib ki, daha geniş regionun enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə olunması əməkdaşlığın perspektivli istiqamətinə çevrilə bilər.

“Biz bunu gələcək əməkdaşlığımızın çox perspektivli istiqaməti kimi nəzərdən keçiririk”, – C.Bayramov əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]