Çempionlar Liqası: “Sabah” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.

Bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.

Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcəkç

“Sabah”ın ev oyunlarının təqvimi belədir:

II tur

13 oktyabr

20:45. “Sabah” – “Slaviya” (Çexiya)

III tur

20 oktyabr

20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

V tur

25 noyabr

21:45. “Sabah” – “Barselona” (İspaniya)

VII tur

20 yanvar

21:45. “Sabah” – “Napoli” (İtaliya)

Qeyd edək ki, “Sabah” Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda “Vikinq” (Norveç) ilə noyabrın 4-də, “Mançester Yunayted” (İngiltərə) ilə noyabrın 10-da, “Vilyarreal” (İspaniya) ilə dekabrın 8-də, “Arsenal” (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]