Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Misli Premyer Liqasının V turunda bu gün daha iki görüş baş tutacaq.

İlk matçında “Kəpəz” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

“Qəbələ” 4 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 3 xala malik Gəncə klubu isə doqquzuncudur.

Günün son matçında isə “Şamaxı” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

“Şamaxı” 5 xalla altıncı yerdədir. Heç bir xalı olmayan “Sumqayıt” isə sonuncu – 12-cidir.

12 sentyabr

Misli Premyer Liqası

I dövrə, V tur

17:30. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov.

VAR: Elvin Bayramov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Namiq Əliyev

Gəncə stadionu

19:45. “Sumqayıt” – “Şamaxı”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov.

VAR: Vüqar Həsənli.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“SOCAR Polymer Arena”

Qeyd edək ki, ötən gün baş tutan turun açılış oyununda “Neftçi” “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]