Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir


Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə dəyişkən iş qrafiki tətbiq olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu qrafik sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə təşkil olunur.

“Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək. Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]