Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

Kişilərdən ibarət komanda VI turda Argentina ilə üz-üzə gələcək.

Qadınlar isə Qazaxıstandan olan rəqibləri ilə mübarizə aparacaqlar.

8 xalla 11-ci pillədə qərarlaşan kişilərdən ibarət kollektiv daha öncə Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya və Rumıniya ilə görüşlər heç-heçə bitib – 2:2.

10 xalla 4-cü olan qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç, İngiltərə (hər ikisi 2,5:1,5) və Serbiyanı (3:1) məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.  

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]