Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur

Sosial şəbəkə platformalarının Azərbaycanda məsuliyyətini müəyyən edən qanun hazırlanmalıdır.

Bunu deputat Hikmət Məmmədov Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələr ölkənin rəqəmsal suverenliyini pozur: “Bu platformaların böyük əksəriyyəti özəl şirkətlərdir. Onlar Azərbaycan bazarına daxil olurlar, müxtəlif növ fəaliyyətlərlə məşğul olurlar, informasiya suverenliyimizi pozurlar, milli-ideoloji düşüncəni manipulyasiya edirlər. Bütün bunlar sosial şəbəkə platformalarının vahid qanunla tənzimlənməsini tələb edir ki, onlar bizim rəqəmsal suverenliyimizə təhdid olmasın. Məncə, qanun layihəsi hazırlayıb, ilk növbədə, bu şirkətlərin Azərbaycanda məsuliyyətini müəyyən etməliyik. Hansı hüquqi məsuliyyət daşıyırlar, hansı dezinformasiya, hansı manipulyasiya, hansı ideoloji təxribata görə hansı məhdudiyyətlər tətbiq edilməlidir və tətbiq edilə bilər – bunlar qanunla müəyyənləşdirilməlidir”.

“Bu şirkətlər Azərbaycanda böyük gəlirlər əldə edirlər və bunun vergiyə cəlb olunması məsələsi qanunla tənzimlənməlidir. Yəni rəqəmsal suverenliyimiz pozulduğu vaxt biz də bəzi Avropa ölkələrində olduğu kimi, məsələn, hər hansı bir sosial şəbəkə platformasına qarşı iddia qaldıra bilək ki, bu şirkət maddi məsuliyyətini dərk edərək gələcəkdə belə fəaliyyətlərə yol verməsin”, – deyə deputat əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]