U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 idmançısı qələbə qazanıb.

Nihad Məmmədli (48 kq) 1/16 finalda Lasaro Ernandesi (İspaniya) cəmi 58 saniyəyə tam üstünlüklə məğlub edib.

O, oktyabrın 7-də ikinci görüşündə ilk mərhələdən azad olan Filip Borkovski (Polşa) ilə üz-üzə gələcək.

İsmayıl Nəsirzadə (52 kq) də 1/16 finalda ilk raundda qələbəsini rəsmiləşdirib. Təmsilçimiz İlir Selmanidən (Şimali Makedoniya) güclü olub. Nəsirzadə oktyabrın 7-də 1/8 finalda Vakaris Kiseliunası (Litva) sınağa çəkəcək.

Şükar Əliyev (80 kq) də döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Boksçu 1/8 finalda Lazare Dokvadzeyə (Gürcüstan) üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, oktyabrın 8-də növbəti döyüşündə Maksim Rumyantsevlə (Belarus) münasibətinə aydınlıq gətirəcək.

Mehran Rəsulov (+80 kq) 1/8 finalda Levente Lorantanı (Macarıstan) mübarizədən kənarlaşdırıb. Rəqibini 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən milli üzvü növbəti cəhdində Stefanos Atanasiu (Yunanıstan) ilə qüvvəsini sınayacaq. Döyüş oktyabrın 8-də baş tutacaq.

Səma Abbasova (66 kq) da 1/8 final görüşündən qalib ayrılıb. O, Robin Oreyli (İrlandiya) üzərində 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanıb. Abbasova oktyabrın 7-də Aleksandra Kerdolla (İsrail) gücünü yoxlayacaq.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı Avropa çempionatı oktyabrın 11-də yekunlaşacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]