Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.
Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]