Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

“Rusiya Dəmir Yolları” ASC Azərbaycan və Türkiyədən Rusiyaya meyvə-tərəvəz məhsullarının Gürcüstan ərazisindən tranzitlə quru yolu marşrutu vasitəsilə çatdırılması imkanını nəzərdən keçirir.

Bu barədə “Rusiya Dəmir Yolları”nın baş direktorunun birinci müavini Vadim Mixaylov İstanbulda keçirilən Verona Avrasiya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Rusiyanı Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirən “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi inkişaf etdirilir: Dəhlizin uzunluğu 7 min kilometri aşır – Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzanır.

“Bu il artımın əsas hərəkətverici qüvvələri Azərbaycan və İrandan keçən transxəzər və qərb marşrutları olub ki, həmin istiqamətlərdə daşınma həcmləri müvafiq olaraq 19 və 24 % artıb. Belarus və Əfqanıstan arasındakı tranzit daşımaları da əlavə töhfə verib. Rusiya riteylerləri üçün meyvə-tərəvəz məhsullarının Türkiyə və Azərbaycandan Gürcüstan üzərindən tranzitlə quru yolu marşrutu ilə çatdırılması variantları üzərində işlənilir”, – V.Mixaylov bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]