Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək

Çinin “CAS Space” aerokosmik şirkəti təkrar istifadə edilə bilən “Lihong 2” kosmik aparatının ilk uçuş sınağını 2027-ci ilin birinci rübündə keçirməyi planlaşdırır.

Bu barədə “CAS Space”in “Frontier Labs” bölməsinin icraçı vitse-prezidenti Van İnçen bildirib.

“Biz kosmik aparatın təxminən 100 km yüksəklikdən qayıtmaq və Yerə təhlükəsiz eniş etmək qabiliyyətini sınaqdan keçirmək üçün ilk uçuşu 2027-ci ilin birinci rübündə həyata keçirməyi planlaşdırırıq”, – o bildirib.

Quançjouda yerləşən və Çin Elmlər Akademiyasının dəstəyi ilə qurulan “CAS Space” şirkəti “Lihong 2″ni müstəqil hazırlayır.

Təxminən 18 metr uzunluğu və 3,35 metr diametri olan kosmik aparat buraxılış vasitəsi və faydalı yük modulundan ibarətdir. Onun buraxılış kütləsi təxminən 60 tondur.

V.İnçenin sözlərinə görə, kosmik aparatın layihələşdirilməsi artıq başa çatıb və prototipin yerüstü sınaqları uğurla davam edir.

Uçuş zamanı “Lihong 2″nin kosmik təcrübələr üçün istifadə edilməsi planlaşdırılır. O, xüsusən tibbi ləvazimatlar və robot avadanlıqları da daxil olmaqla müxtəlif növ faydalı yüklər çatdıra biləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]