Mübariz Mənsimov məhkəmədə çıxış etdi: 10 ildir ki… – ETİRAFLAR

Bu gün Türkiyədə məhkəmə qarşısına çıxarılan tanınmış iş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimov hakimlər qarşısında çıxış edib.

AKTUAL TV xəbər verir ki, M.Mənsimov növbəti dəfə FETÖ ilə hər hansı bağlılığının olmamasını bəyan edib:

“Hörmətli sədr, olanları görürsüz, eşitdiniz. Mənim FETÖ deyilən şərəfsizlə əlaqəm olmayıb, tam əksinə onlar mənimlə mübarizə aparıb. Səhhətim yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm, deyilənlər böhtandır. Mən bir Türk milliyətcisi, Atatürk sevdalısıyam. Nə işim ola bilər FETÖ ilə? Mən şiəyəm. Bizdə inam-filan olmaz. Tamamilə yalandır bunlar. Mən bütün sənədləri, bilgisayarımı, telefonlarımı öz əlimlə məhkəməyə təqdim etdim. Mən 10 ildir eyni telefon işlədirəm. O şərəfsizlərlə yaxından-uzaqdan heç bir əlaqəm olmayıb. Mən bu məhkəmədə heç bir dəlil görmədim, sadəcə oyun gördüm. Sizdən xahiş edirəm hüququ doğru tərəfə istifadə edin”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]