AKTUAL TV xəbər verir ki, layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir. İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur. “Pandemiya dövründə Azərbaycan Diaspora könüllülərin fəaliyyəti” mövzusunda keçirilən növbəti təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov həyata keçirmişdir. Əbülfəz Şeydabəyov mövzu ilə bağlı məlumat verərək qeyd etdi ki, gənclərimizin dünyanı ağuşuna alan “gözəgörünməz bəla” ilə mübarizədə fəallıq göstərdiklərinə diqqət çəkərək qeyd edib ki, belə bir çətin dönəmdə, pandemiya şəraitində gənclərimiz birlik və həmrəylik nümayiş etdirdilər. Pandemiya dövründə könüllülər hərəkatı daha geniş vüsət almağa başladı. Könüllülük prinsipi altında birləşən gənclər dövlət tərəfindən hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında, “Böyüklərimizi qoruyaq” şüarı ilə 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, vətəndaşlara tibbi ləvazimatların və metodiki vasitələrin paylanmasında yaxından iştirak etdilər. Bununla yanaşı Diaspora Komitəsinin qaynar xətti fəaliyyət göstərir ki, buraya müraciət edən xaricdə yaşayan soydaşlarımıza həm maddi, həm də psixoloji yardımlar göstərilmiş və göstərməkdə davam edir. Təlim çərçivəsində “Pandemiya dövründə Azərbaycan Diaspora könüllülərin fəaliyyəti” mövzusu geniş müzakirə edilərək, iştirakçıların maraqlı sual-cavabları ilə yekunlaşdırıldı. Sonda təlimin təşkilində yaxından iştirak edən Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.