Azərbaycanlı rejissor vəfat edib

Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib.

AKTUAL TV  xəbər verir ki, Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub.

1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu və fortepiano sinfində musiqi təhsili aldığı Bakıya köçüb.

Nazim Rza İsrafiloğlu sənədli film istehsalı sahəsində “Odlu məmləkət” “Neft və cahan savaşı”, “M.M.Axundzadə” iki hissəli sənədli film, “Ermənilər. Fariseyzmin anatomiyası” (2008), “Neft” kimi görkəmli əsərlər yaradıb.  

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]