Qazaxıstanda yeni hökumət təsdiqləndi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə yeni hökumətin heyəti təsdiqlənib.

AKTUAL TV yerli KİV-ə istinadən xəbər verir ki, yanvarın 15-də yeni seçilmiş Məclis (parlamentin aşağı palatası) qarşısında istefa verən əvvəlki hökumət üzvlərinin əksəriyyəti vəzifələrində qalıb.

Yeni hökumətdə xarici işlər naziri Muxtar Tleuberdi həm də baş nazirin müavini vəzifəsində çalışacaq. Həmçinin milli iqtisadiyyat nazirinin müavini olmuş Əsəd Erğəliyev də milli iqtisadiyyat naziri, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə isə Serik Şəpkenov təyin olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]