ABŞ-da əcnəbi vətəndaşların ölkəyə giriş qaydaları dəyişir

ABŞ hökuməti yanvar ayının sonundan etibarən əcnəbi vətəndaşların ölkəyə giriş qaydalarını dəyişdirəcək.

AKTUAL TV RİA Novosti”yə istinadən xəbər verir ki, yanvarın 26-dan etibarən ABŞ-a gedən bütün beynəlxalq aviareyslərin sərnişinləri təyyarəyə minərkən uçuşdan ən çoxu üç gün əvvəl verilmiş koronavirus testinin (PZR testi) mənfi nəticələndiyini özündə əks etdirən və mütləq ingilis dilində olmanı ərizəni təqdim etməlidirlər.

Bundan əlavə, sərnişinin COVID-19-a yoluxduğunu və səfərdən 90 gün əvvəl sağaldığını təsdiqləyən sənəd də qəbul olunur. Turistdə bu sənədlərdən heç biri yoxdursa, aviaşirkət onu daşımaqdan imtina etməlidir.

Yeni tələb ABŞ vətəndaşlarına da aiddir.

Əcnəbilərin ölkəyə giriş şərtləri ştatlardan asılı olaraq dəyişir.

Məsələn, Nyu York və Los Ancelesə gedənlər bir müddət karantində qalmalıdır. Mayamiyə gedənlər isə karantinə düşmür, ona görə də bu istiqamət turistlər üçün daha populyardır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]