Tünzalə Ağayeva TƏBİB-ə müraciət etdi: “Gəlir əldə yox dərəcəsindədir”

Azərbaycanın xalq artisti Tünzalə Ağayeva TƏBİB-ə açıq müraciət edib.

AKTUAL TV xalq artistinin sosial media vasitəsi ilə etdiyi müraciəti təqdim edir:

“Hörmətli TƏBİB bütün pandemiya boyu bütün qaydalara riayət edən və “evdəqal” kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm.

Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət, İncəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!

Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir.

Belə reallıqda, maddi gəlir  və  alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi , bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki , bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər.

Musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən Azərbaycan tanınmışları haqqında olduqca yanlış bir təsəvvür var.

Baxın başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq, bəli,  çox yaxşı qazanmaq deməkdir – albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir  həmin məşhurların qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri  var və  alternativ fəaliyyət imkanları  da yoxdur.

Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil – o Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən 100% durğunluq içindədir. Bu vəziyyət musiqi Mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]