AKTUAL TV xəbər verir ki, bu gün “ Bakinskiy rabociy” qəzetinin xüsusi müxbiri , “Qızıl qələm” mükafatçısı, Əməkdar incəsənət xadimi, “Şərəf ordenli”, “Prezident mükafatçısı”, həyatının 55 ilini bu işə həsr edən Svetlana Mirzəyeva 90 yaşı olur. S.Mirzəyevanın doğum günüdür. Onun həyatı özü kimi gözəl idi …
Lakin bu yol çox keşməkeşli oldu. O iki müharibəni keçdi, 10 yaşı olduqda Böyuk Vətən müharibəsi başlandı. O acılı günləri tez –tez xatırlayırdı. Bu onu ancaq öz gücünə arxalanmağa, yaxşı oxumağa vadar edir və Baki Dövlət Universitetinin Filologiya fakultəsinə gətirib çıxarır, o jurnalist olmağı , xalqa kömək etməyi qərara alir.
1989-cu ildə Qarabağ müharibəsi başlayir,bu cəsur qadın hərbi müxbir kimi Ağdam ,Füzuli, Cəbrayil, Ağdərə rayonlarına gəlir. Tibbi ləvazimatlar gətirir və yaralılarla görüşür, müsahibə alir. Svetlana xanımın bütün lent yazıları bu günə qədər saxlanilib.

1990-ci ildə o, blokadada olan Naxçivanda Ulu öndər Heydər Əliyəvlə gürüşəcək və bu görüş onu H.Əliyev “incənət bütün həyatımı müşayət edib” ( İskustvo proşlo cerez vsyu moyu jizn) kitabını yazmağa ruhlandırıb. Svetlana xanım həm mübariz əsgər, həm estet, həm də gözəl həyat yoldaşı idi. O, keçmiş Hüsü Haciyev küçəsində ki, bəstəkarlar evində yaşayırdı.

Onun həyat yoldaşı Azərbaycanın Xalq artisti, ‘’Şərəf” və “Şöhrət “ ordenli, Prezident mükafatçısı, Musiqi Akademiyasının Professoru Musa Mirzəyevdir. Oğlu xaricdə yaşayan dünya şöhrətli bəstəkar, Ankara Gözəl sənətlər və musiqi unuversitetində bəstəkarliq dərsi verən İlyas Mirzəyevdir.
Onun evində həmişə məşhur adamlar qonaq olub. Rostropovic, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov bir çox yazıçılar və bəstəkarlar hansılar haqqinda çoxlu monoqrafiyalar və kitablar yazıb. Svetlana xanımın həyatını qısa bir məqalədə təsvir etmək çox çətindir. Bircə onu deyə bilərik ki, o, xoşbəxt həyat yaşadı ,çünki sevincini bölə bilirdi ,ona Prezident Təqaüdu veriləndə imtina etdi , dedi ki , redaksiyanın az təminatlı işciləri arasinda bölək ki , redaksiya dağilmasin.
Bura bizim evimizdir!
Tarix hökmü və qərarı özü verir…
Ancaq tarix düzgün qiymət verə bilir insanlara.
Svetlana Mirzəyeva çox mənali həyat yaşadi.











