Şahzadə Filip: “Öz yatağımda dinc şəkildə ölmək istəyirəm”

Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filipin son arzusu “evində, öz yatağında dinc şəkildə ölmək” olub.

Bu barədə “New York Post”a kral ailəsinə yaxın mənbə bildirib.

“Filip təlaş yaratmaq istəmirdi. O istəyirdi ki, hər şeyi sonuna qədər öz bildiyi kimi etsin”, – deyə qeyd olunur.

Eyni zamanda, şahzadə Filip dövlət səviyyəsində dəfn mərasiminin keçirilməsini də istəməyib, baxmayaraq ki, kraliçanın həyat yoldaşı kimi buna hüququ çatırdı.

Xatırladaq ki, şahzadə dünən 99 yaşında Vindsor Qalasında həyatla vidalaşıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]