Lukaşenko özünə və övladlarına sui-qəsd hazırlayan qrupunun yaxalandığını elan edib

Belarus prezidenti Aleksandr Lukaşenko özünə və övladlarına sui-qəsd hazırlayan qrupunun üzvlərinin yaxalandığını bildirib.

A.Lukaşenkonun açıqlaması “BelTA” agentliyinin “Telegram” kanalında yayımlanıb.

Belarus prezidenti qeyd edib ki, bu qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəli olublar.

“Biz qrupu yaxaladıq, onlar bunların hamısın necə planlaşdırdıqlarını göstərdilər. Sonra biz xarici xüsusi xidmət orqanlarının izini aşkarladıq, ehtimal ki, MKİ və FTB.. orada amerikalılardan kimin işlədiyini bilmirəm. Biz onların Minskə gəlmək, prezidentə və uşaqlara sui-qəsdin təşkili ilə məşğul olmaq arzusunu aşkar etdik”, – deyə A.Lukaşenko vurğulayıb.

A. Lukaşenko hesab edir ki, ABŞ-ın ən yüksək siyasi rəhbərliyi ona qarşı sui-qəsd təşkil etmək üçün xüsusi sanksiya verib.

Belarus Prezidenti Rusiya prezidenti Vladimir Putinin Co Baydenlə söhbətində ABŞ xüsusi xidmət orqanları tərəfindən onun həyatına qəsd hazırlanması məsələsini qaldırdığını söyləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]