Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığı üzə çıxıb

Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlıq etdiyi məlum olub.

AKTUAL TV xəbər verir ki, bu barədə Ermənistanın iravunk.am saytı məlumat yayıb. Məlumatda bildirilir ki, baş nazir daha əvvəl babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən Müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd edib: “Nikol Paşinyan, 1913-1943, 554-cü motoatıcı alayın 138-ci diviziyası”.

Baş nazirin paylaşımından sonra şərhlər gəlməyə başlayıb. Şərhlərdə bildirilir ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşüb. Paşinyanın babasının faşistlərə xidmət etdiyini təsdiqləyən şərhlər indi də gəlməkdə davam edir.

Bu paylaşımdan sonra Ermənistan mətbuatı araşdırma apararaq, baba Paşinyanın əslində faşistlərə xidmət etdiyini üzə çıxarıb. Mətbuatın araşdırması zamanı məlum olub ki, 23.12.1913 tarixində Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə daha bəyan edib. Azərbaycan Prezidenti müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Lakin Nikol Paşinyan Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına haqq qazandırmağa çalışıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]