AKTUAL TV xəbər verir ki, Mənsimov paylaşımda bunları yazıb:
“Əziz qardaşlar, bacılar
Buradan, Silivri Həbsxanadan Türk Dövlətimizi təbrik edirəm. Bir zamanlar Avropa Birliyinə üzv qəbul etmək istəmədiyiniz Türkiyənin nə qədər güclü və qüdrətli olduğunu, xüsusilə bu koronavirusla mücadilədə bütün dünyaya bir daha sübut etdik. Hal-hazırda hökumətin son 18 ildə səhiyyə sahəsinə etdiyi yatırımların bəhrələrini yığırıq. Vətəndaşlarımızı xarici ölkələrdən təyyarə ilə məmləkətimizə gətiririk. Mən hesab edirəm ki, bu koronavirus məsələsində biz, Türkiyə olaraq, hər kəsdən daha yaxşı imtahandan keçdik. Dövlətimizin başçısının rəhbərliyi ilə səhiyyə naziri cənab Fahrettin Kocanın mübarizəsini təbrik edirəm. Biz Türkiyə xalqı böyük və qüdrətliyik. İnşallah, bu koronavirusdan bütün dünya qurtulacaq.
Hamınızı bağrıma basıram.”










