Daha bir qurum Azərbaycana vəsait ayırdı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması və Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi üçün 800 milyon dollar ayıracaq.

AKTUAL TV “TASS”a istinadla xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax icra komitəsinin iclasının yekunları üzrə bildirib.

T.Bax bildirib ki, gün pandemiyanın Olimpiya hərəkatının maddi vəziyyətinə təsirini müzakirə ediblər: “İndi bütün nəticələri hesablamaq asan deyil, hazırkı şəraitdə planlaşdırmaq da çətindir, çünki dünyanın sabah necə olacağını heç kim bilmir. Lakin BOK-un icra komitəsi bu gün 800 milyon dollarlıq dəstək paketini təsdiqlədi. Bu vəsait koronavirusun nəticələrinin aradan qaldırılmasına yönəldiləcək”.

“BOK tərəfindən yaradılan fondun 800 milyon dollarının 150 milyon dolları pandemiya dövründə dəstək üçün beynəlxalq federasiyalara və Milli Olimpiya Komitələrinə kredit kimi veriləcək”- deyə, T.Bax əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]