Atatürkün ilk rəssamına həsr edilən kitab və filmin təqdimatı oldu

Sentyabrın 21-də Bakının Atlas Hotelində f.ü.f.d, Milli Mədəniyyətimizin Təbliği İB-nin sədri Jalə Cəfərovanın qələmə aldığı, Atatürkün naturadan ilk rəsmini çəkmiş dünya şöhrətli rəssam İbrahim Safinin həyat və yaradıcılığına həsr edilmiş “Rəngləri danışdıran adam” kitabının və Etibar Məmmədovun rejissorluğu ilə hazırlanmış eyniadlı filmin təqdimatı keçirilib. İordaniyanın səfiri Sami Asim Qoşeh, Türkiyə səfirliyinin 2-ci katibi Gözde Çağdaşın da iştirak etdiyi təqdimat mərasimində çıxış edən sənətşünaslar Ziyadxan Əliyev, Ülkər Veysəlli, rejissor Gəray Əlibəyov, tarixçi-alim Ələsgər Siyablı çıxış edərək İbrahim Safinin həyat yolu, yaradığıcılığı haqda fikirlərini bölüşüblər. Alqışlarla müşayiət olunan təqdimat mərasiminin sonunda ailəsi adından İbrahim Safinin qardaşı nəvəsi Elşad Səfiyev və müəllif Jalə Cəfərova çıxış edərək iştirak edənlərə öz təşəkkürlərini ifadə ediblər. Mərasimdə ölkənin tanınmış elm və sənət adamları iştirak ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]