“Taliban”dan edam edildiyi deyilən idmançı ilə bağlı açıqlama

“Taliban” hərəkatı 20 yaşlı gənc idmançı Mahcabin Hakiminin başının kəsilərək edam edilməsi barədə məlumatı təkzib edib.

Bu barədə məlumatı “Taliban” hökuməti tərəfindən təyin olunan Əfqanıstanın Milli Olimpiya Komitəsinin Prezidenti Nazar Məhəmməd Motmain açıqlayıb.

“İdmançının talibançılar tərəfindən öldürülməsi barədə xəbərlər yalan və böhtandır”, – deyə Motmain vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstanın gənclərdən ibarət voleybol üzrə yığmasının 20 yaşlı idmançısının edam edilməsi barədə məlumat yayılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]