Baş məşqçi növbəti dəfə Mahir Emrelini tənqid ETDİ

“Növbəti matçda da Emreli və Pexartın birlikdə oynamaq şansı var. Artıq hər ikisi ilə bu barədə danışmışam”.

Bu fikirləri Marek Qolebiyevski Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə çexiyalı hücumçu Tomaş Pexartın gözlənilən məhsuldarlığı göstərməmələri barədə danışarkən deyib.

Ön xətt oyunçularına irad bildirən 41 yaşlı mütəxəssis deyib ki, forvardlar istənilən fürsətdən yararlanmaq üçün hər zaman hazır olmalıdırlar: “Həmçinin onlar düşünməməlidirlər ki, ayağına düşən hər topu qapıya vursun. Ümid edirəm ki, tezliklə hücumçu keyfiyyətlərini yaxşılaşdıracaqlar”.

Qeyd edək ki, Marek Qolebiyevski daha əvvəl də Mahir Emrelini tənqid edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]