İlham Məmmədov Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində aparılan əsaslı yenidənqurma işləri ilə tanış olub

Milli Məclisin deputatı İlham Məmmədov 10 dekabr 2021-ci il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının təşəbbüsü ilə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində aparılan əsaslı yenidənqurma işləri ilə tanış olub. Həmçinin kənd sakinləri ilə görüşən İlham Məmmədov onların hər birini ayrı-ayrılıqda dinləyərək,vətəndaşları narahat edən problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını qeyd etdi. Deputat seçiciləri ilə görüşdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, əhalinin sosial rifahının yüksəldilməsi naminə qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini narahat edən məslələrin həlli ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]