Səmayə Məmmədova işdən çıxdı

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Səmayə Məmmədova BNA ilə yollarını ayırmaq qərarına gəlib.

Aktualtv.az xəbər verir ki, məlumatı Səmayə Məmmədova təsdiqləyib.

“BNA-dan ayrılmaq qərarı verdim. Artıq ərizəmi rəhbərliyə də təqdim etmişəm. Dekabrın 30-u qurumda son iş günümdür”, – S.Məmmədova bildirib.

Növbəti iş yerinin hara olacağı ilə bağlı suala isə o, belə cavab verib:

“Hələ qərar verməmişəm. Bu gün mənim üçün ən önəmli olan PR sahəsində 22 illik təcrübəm əsasında yazdığım “Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimidir. Sonrasını zaman göstərəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]