SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının BU YOLLARINDA tıxac var – FOTO

Hazırda paytaxt yollarında, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 avtobus tıxacda qalıb və hərəkət qrafikindən gecikir.

Ziya Bunyadov prospektində 20 yanvar istiqamətində 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bakı Sumqayıt şosesi mərkəz istiqamətdə tıxac var. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının BU YOLLARINDA tıxac var - FOTO
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının BU YOLLARINDA tıxac var - FOTO

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]