Akif Çovdarovla bağlı qərar verildi

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, A.Çovdarov barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsi və müsadirə edilən əmlaklarının geri qaytarılması üçün Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

O, Prezident İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla əfv olunub.(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]