“Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik” – Prezident

“İşğal dövründə ermənilər bizim bütün şəhər və kəndlərimizi dağıdıblar. Bizim tarixi, dini abidələrimizi dağıdıblar, təhqir ediblər, xalqımız, ordumuz haqqında aşağılayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşır”.

Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

“Deyirdilər ki, əgər müharibə başlayarsa erməni tankları Bakının küçələrində olacaq. Bütün bu təkəbbürlü ifadələrin hamısı zibil yeşiyinə atıldı. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda, Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq”, – dövlət başçısı vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]