Piratçılığa görə telekanallara sanksiya tətbiq ediləcək


Milli Televiziya və Radio Şurası (MTRŞ) cari ilin noyabr ayından piratçılığa görə telekanallara sanksiya tətbiqinə başlayıb.

Bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb. Bildirilib ki, piratçılıqla mübarizə sahəsində il ərzində yayımçılar ilə intensiv kommunikasiya qurulub və Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq həyata keçirilib. İl ərzində ümumölkə televiziya kanallarında yayımlanan xarici serialların tam olaraq lisenziyalı yayımına nail olunub.

Yayım operatorlarının (kabel və İPTV) paketlərində retranslyasiya olunan xarici kanalların pirat yayımı ilə mübarizə çərçivəsinə operatorların rəhbərləri və səalhiyyətli nümayəndələri ilə çoxsaylı görüşlər təşkil olunub, tədbirlərdə müəllif hüquqları sahəsində mövcud vəziyyət təhlil olunub, zəruri tövsiyələr verilib və xəbərdarlıqlar edilib.

Hazırda operatorların baza paketlərində retranslyasiya olunan 90 xarici kanalın hamısının lisenziyalı olaraq yayımlanmasına nail olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]