General-polkovnik Kərim Vəliyev komandolarla görüşdü


Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.

Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti təhlil edilib, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb. Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]