Qəbələ və Moskva arasında birbaşa hava əlaqəsi açılıb – VİDEO

17 yanvar 2022-ci il, Bakı – 2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məıumata görə, Nordwind aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə – bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]