Paşinyanın komandasında parçalanma

Ermənistan baş nazirinin komandasında parçalanmalar başlayıb.

Bu barədə “Joxovurd” nəşri yazır.

Nəşrin iddialarına görə, Ermənistan Baş Prokurorluğu ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bir-birinə “müharibə” elan edib. Hətta qurumlar arasındakı mübahisələr artıq ictimai müstəviyə də keçib.

Məsələ burasındadır ki, prokurorluq keçmiş məmurlara qarşı ittihamları təsdiqləmir və məhkəməyə göndərmir. Əksinə, cari prosedurlarla bağlı yeni göstərişlər verərək Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqinə qaytarır. Bu isə qanunaziddir. Məsələn, prokurorluq deputat Hayk Sarkisyana qarşı cinayət işinin başlanmaması ilə bağlı qərarını ləğv edib və yenidən araşdırma aparılması üçün işi Korrupsiyaya qarşı Mübarizə Komitəsinə yox, özünün alt qurumuna göndərib.

Nəşrin yazdıqlarına görə, hazırda Baş Prokurorluq məlum komitəyə öz yerini göstərməyə çalışır. “İstintaqı aparan orqanın istənilən halda obyektiv araşdırma aparmaq öhdəliyi var” – deyə vurğulanır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]