Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib.İşdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısı əldə edilib: Varovski qəsəbəsində “Vimay – Med” klinikası, “Af – Gen” klinikası; Binəqədi rayonu, “Varovski”də 4 mərtəbəli villa və “Zümrüd” uşaq bağçası; Binəqədi rayonu, 9-cu mikrorayonda “Zeytunluq”da 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, “Zeytunluq” adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib. Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası; Görədil və Masazır qəsəbələrində villası; Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil; Bakı şəhərində apteklər şəbəkəsi; Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi; İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının köməyi ilə Gürcüstana keçirib. (unikal.org)










