“Bu, insanlıq əleyhinə olan bir cinayətin törədilməsi əmri idi” – Kamran Əliyev


“1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayət törədilib. Bu, bəşəriyyət, insanlıq eleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açılqlamasında deyib.

“Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu insanlıq əleyhinə olan bir cinayətin törədilməsi qərarı və əmri idi. Bundan sonrakı hadisələr də göz qabağındadı. Bildiyiniz kimi həmin faktla bağlı cinayət işi başlanılıb, prokurorluqda istintaq aparılır. Burada bir neçə cinayət bir icraatda birləşdirilib. Təssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi”, – o vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]