Azərbaycanda karantin sərtləşdiriləcək? – Səhiyyə naziri cavab verdi

“Digər ölkələrin təcrübəsinə baxanda son dörd həftə ərzində ümumi yoluxanların 40%-i “omicron” ştamına yoluxanlardır”.

Aktualtv.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, artıq Azərbaycanda da koronavirusun “omicron” ştamına yoluxmalar artır. Nazir sanitar-gigiyenik qaydalarla bağlı əhalini diqqətli olmağa çağırıb.

Nazir bildirib ki, Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var. Bununla yanaşı Azərbaycanda yeni vaksinin sınaqlarına başlanacaq.

Nazir əlavə edib ki, Azərbaycanda son illər yerli dərman istehsalına da böyük təkan verilir.

Teymur Musayev karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]